“Qalatasaray” Vendel üçün 20 milyon avro ödəyəcək
İdman
21.07.2024 15:45
"Qalatasaray"
yarımmüdafiəçi Vendelin komandasına transferi üçün "Zenit"ə yeni rəsmi
təklif göndərib.
TodayPress
xəbər verir ki, bu barədə “All Transfer” məlumat yayıb.
Türkiyə
klubu futbolçu üçün 20 milyon avro təklif edib. Transfer baş tutsa, bu,
"Qalatasaray" tarixində rekord rəqəm olacaq.
Qeyd
edək ki, 26 yaşlı braziliyalının 5 illik müqavilə imzalayacağı və bu müqaviləyə
əsasən, hər mövsümə 4 milyon avro qazanacağı bildirilib.
Xatıqladaq
ki, Vendel 2020-ci ildən "Zenit"də çıxış edir. O, ötən mövsüm
“mavi-ağ-göylər”in heyətində 35 matça çıxıb, 4 qol vurub, 10 məhsuldar ötürmə
edib. Futbolçu iyulun 13-də Rusiya Superkubokunda “Krasnodar”la oyunda (4:2)
bir qol vurub, iki məhsuldar ötürmə edib. Onun “mavi-ağ-göylülər” ilə müqaviləsi
2027-ci ilin yayına qədərdir.
Töhfə Səməd
tag: Qalatasaray,Vendel,Türkiyə,Futbol,Transfer,Zenit,todaypress.az,