"Qalatasaray" uruqvaylı futbolçusu ilə müqavilə müddətini uzatdı
Türkiyə təmsilçisi "Qalatasaray" futbolçusu Lukas Torreyra ilə müqavilə müddətini uzadıb.
TodayPress xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına bildiriş göndərib.
Uruqvaylı yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildən "Qalatasaray"da çıxış edən Torreyra bu müddət ərzində 123 oyun keçirib və 4 qol vurub.
tag: Qalatasaray, Türkiyə, Torreyra, Futbol, todaypress.az,