“Qalatasaray” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları
keçirilir.
TodayPress xəbər verir ki,
Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Alkmaar”ı qəbul edib.
"Sarı-qırmızılılar"
1:4 hesablı görüşün revanşında rəqibi ilə bacarmayıb.
Qarşılaşma 2:2
hesablı bərabərliklə nəticələnib.
Bununla da,
"Qalatasaray" Avropa Liqası ilə vidalaşıb.
tag: Qalatasaray, İstanbul, Azerkeş, Liqa, todaypress.az,