“Qalatasaray” “Tottenhem”ə qalib gəldi

İdman

08.11.2024 09:33

“Qalatasaray” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”ə qalib gəlib.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi IV tur çərçivəsində rəqibini 3:2 hesabı ilə üstələyib.

Viktor Osimhenin dubl etdiyi oyunda, Yunus Akgün də adını tabloya yazdırıb.

Qeyd edək ki, Okan Burukun yetirmələri “Tottenhem” uğuru ilə cari mövsüm Avropa Liqasında üçüncü qələbəsini qazanıb.

Namiq HUN

tag: Qarabağ, UEFA, İstanbul, Tottenhem, Avropa, todaypress.az,