"Qalatasaray" Şkrinyar üçün PSJ-yə təklif göndərdi

İdman

01.01.2025 14:45

Türkiyənin "Qalatasaray" klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

TodayPress-in məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

tag: Türkiyə,Qalatasaray,Klub,Futbol,Milan Şkrinyar,PSJ,todaypress.az,