“Qalatasaray” “Samsunspor”u səfərdə məğlub etdi
Türkiyə Super Liqasında XXXI tura start verilib.
TodayPress xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.
tag: Türkiyə, Qalatasaray, Samsunspor, Sarı-Qırmızı, todaypress.az,