“Qalatasaray” Şallaini həyətinə cəlb etdi

İdman

14.09.2024 09:28

"Qalatasaray" futbol klubu Macarıstan millisinin üzvü Roland Şallai ilə anlaşıb.

TodayPress xəbər verir ki, “aslanlar” “Frayburq” klubunun hücumameyilli yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalayıb.

Bu transfer İstanbul təmsilçisinə 6 milyon avroya başa gəlib.

Namiq HUN

tag: Qalatasaray, Macarıstan, Roland Şallai, Frayburq, Transfer, todaypress.az,