“Qalatasaray" öz meydanında çətin qələbə qazandı
İdman
05.01.2025 01:44
Türkiyə Super Liqasında XVIII tur davam edir.
TodayPress xəbər
verir ki, bu gün daha 3 matç baş tutub.
Lider
"Qalatasaray" da növbəti oyununa çıxıb. Komanda "Göztepe"ni
qəbul edib.
Görüşdə hesabı
meydan sahibləri açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. Lakin çox
keçmədən qonaqlar hesabı bərabərləşdirməyi bacarıblar. Romulo Kardozo
komandasını sevindirib.
Matçın ikinci
yarısında "sarı-qırmızılar" yenidən önə keçiblər. Yunus Akgün
"Cimbom"a qələbə qazandıran topun müəllifi olub - 2:1.
Arda Turanın
rəhbərlik etdiyi "Eyüpspor" isə "Antalyaspor"la qarşılaşıb.
"Sarı-bənövşəyilər" səfərdən darmadağınla dönüblər - 4:1.
tag: Qalatasaray, Türkiyə, Liqa, Göztepe, todaypress.az,