“Qalatasaray” Osimhenlə müqavilə imzaladı
İdman
05.09.2024 10:03
“Qalatasaray” klubu “Napoli”dən icarəyə götürdüyü futbolçu Viktor Osimhenlə müqavilə imzalayıb.
TodayPress xəbər verir ki, nigeriyalı hücumçu ilə 1 mövsümlük icarə müqaviləsi bağlanıb.
"Sarı-qırmızılılar" İtaliya komandasına icarə haqqı ödəməyəcək.
Osimhen "Qalatasaray"da illik 6 milyon avro qazanacaq.
Qeyd edək ki, Viktor Osimhen 2020-ci ildən çıxış etdiyi “Napoli”də 133 matçda 76 qol vurub.
Namiq HUN
tag: Qalatasaray, Napoli ,Hucumçu, Viktor Osimhen, Nigeriya, todaypress.az,