“Qalatasaray” Osimhenin qərarını gözləyir

İdman

06.05.2025 16:10

11

“Qalatasaray” klubu Super Liqanın hazırkı bombardiri Viktor Osimheni heyətində saxlamaq üçün hər şeyi etməyə hazırdır.   

TodayPress “Fanatik”ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu Türkiyədə qalmağa qərar versə, İstanbul təmsilçisi “Napoli”yə 66 milyon avro ödəməyə razıdır. 

Xatırladaq ki, iki klub mövsümün əvvəlində nigeriyalı hücumçunun transfer qiyməti 75 milyon avro olmaqla 9 milyon avro məbləğində icarə müqaviləsi üzrə razılaşıb.

Məsələnin müsbət həlli nəticəsində “Qalatasaray” qalan məbləği - 66 milyon avronu da "Napoli"yə ödəyəcək.   

Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə “sarı-qırmızılar”ın heyətində bütün turnirlərdə 33 qol vurub.   

Namiq HUN

tag: Qalatasaray,Viktor Osimhen,Transfer,Napoli,Todaypress.az,