“Qalatasaray” Osimheni transfer etmək istəyir
“Qalatasaray” futbol klubu Viktor Osimhenin transferi üçün maksimum 50 milyon avro xərcləməyə hazırdır.
TodayPress "Sabah"a istinadən xəbər verir ki, “Napoli” “Qalatasaray”ın təklifi ilə razılaşsa, “aslanlar” nigeriyalı forvardla 5 illik müqavilə imzalayacaq.
Viktor Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir.
Cari mövsümdə Osimhen bütün turnirlərdə meydana çıxdığı 7 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
25 yaşlı futbolçunun Neapol təmsilçisi ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Qalatasaray, Osimhen, Neapol, Transfermarkt, todaypress.az,