“Qalatasaray” müdafiəçisini itirdi
İdman
13.11.2024 15:52
“Qalatasaray” klubunun müdafiəçisi İsmail Yakobs zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.
TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ ayağından zədələnən seneqallı futbolçu bu səbəbdən yığmasının Burkina Faso və Burundi milli komandalarına qarşı oyunlarında iştirak edə bilməyəcək.
Namiq HUN
tag: Qalatasaray,İsmail Yakobs, Zədə, Burkina Faso, Milli, Komanda, todaypress.az,