“Qalatasaray” Mourinyonu irqçilikdə ittiham etdi
“Qalatasaray” klubu “Fənərbağça” ilə İstanbul derbisindən sonra rəqibin baş məşqçisi Joze Mourinyonu irqçilikdə ittiham edib.
TodayPress “sarı-qırmızılı”lara istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra “Qalatasaray”ın futbolçularının və məşqçilər korpusunun davranışını tənqid edib:
“Hakimə təşəkkür etməliyəm. Haqqında danışdığım situasiyada rəqibin skamyasında oturanların hamısı meymun kimi tullanırdı. Oyunu türkiyəli hakim idarə etsəydi, Yusuf Akçiçek ilk dəqiqədə vərəqə alacaqdı, mən isə 5-ci dəqiqədə onu əvəz etməli olacaqdım”.
“Qalatasaray” klubu Mourinyonun sözlərini türk xalqına qarşı hörmətsizlik adlandıraraq ondan şikayət edəcəklərini bildirib:
"Joze Mourinyonun irqçi bəyanatları ilə bağlı cinayət işi başlamaq, həmçinin UEFA və FIFA-ya rəsmi şikayətlər göndərmək niyyətində olduğumuzu rəsmən bəyan edirik".
Qeyd edək ki, Super Liqanın XXV turunda “Qalatasaray” və “Fənərbağça” klubları arasında baş tutan İstanbul derbisi heç-heçə başa çatıb (0:0).
Namiq HUN
tag: Qalatasaray,Fənərbağça, Joze Mourinyo,Liqa,Todaypress.az,