“Qalatasaray” Morata ilə anlaşdı
İdman
01.02.2025 16:20
“Milan” klubunun hücumçusu Alvaro Morata karyerasını “Qalatasaray”da davam etdirəcək.
TodayPress xəbər verir ki, klublar keçidlə bağlı razılığa gəliblər.
İspaniyalı futbolçu İstanbul təmsilçisinin heyətində mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Sonradan 32 yaşlı futbolçu ilə müqavilə daha bir il müddətinə uzadıla və ya onun transferi alına bilər.
Qeyd edək ki, ötən ilin yayında İspaniya millisinin heyətində Avropa çempionu olan Morata, Madrid “Atletiko”sunu İtaliya nəhənginə dəyişib. Alvaro cari mövsüm bütün yarışlarda meydana çıxdığı 25 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Milan,Qalatasaray,Morata,İdman,Futbol,todaypress.az,