“Qalatasaray” Mertenslə bağlı qərar verdi

İdman

04.07.2024 10:08

“Qalatasaray” futbol klubu yeni mövsüm hazırlıqlarını davam etdirir.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisi belçikalı vingeri Dris Mertenslə müqavilə müddətini uzadıb.

“Sarı-qırmızılılar” 37 yaşlı futbolçu ilə 1 illik sözləşmə imzalayıblar. Dris Mertens 1 il müddətində 2 milyon 900 min avro qazanc əldə edəcək.

Namiq HUN

tag: Qalatasaray, Futbol, Dris Mertens, Müqavilə, Qazanc, todaypress.az,