"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
İdman
21.09.2024 22:49
Bu gün
Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça"
ilə qarşılaşıb.
TodayPress xəbər verir ki, VI turda baş tutan oyun Atilla Karaoğlan
tərəfindən idarə olunub.
"Ülker"
stadionunda başlayan İstanbul derbisi Super Liqa tarixində 135-ci dəfə
keçirilib. Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran
"Cimbom" ilk hissəni öndə tamamlayıb. "Sarı-qırmızılar"
ikinci yarıda daha bir dəfə fərqlənib. Meydan sahiblərinin gücü isə yalnız
təsəlli qoluna çatıb - 1:3.
tag: Qalatasaray, Fənərbaxça, Futbul, Tükiyə, İdman, todaypress.az,