“Qalatasaray” Dibala ilə danışıqlara başladı?
İdman
17.12.2024 18:50
“Qalatasaray” klubu “Roma”nın argentinalı futbolçusu Paulo Dibalanı transfer etmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Metin Öztürk açıqlama verib.
Klub rəsmisi futbolçu üçün İtaliya təmsilçisinə artıq təklif göndərildiyini bildirib.
Futbolçunun meneceri Karlos Novel Super Liqanın növbəti turunda “Qalatasaray” - “Trabzonspor” (4:3) matçını seyr edib.
İtaliyalı jurnalist Canluka Di Marzio “Qalatasaray”ın Dibalaya 10 milyon avro illik maaş təklif etdiyini bildirib.
Namiq HUN
tag: Tur, İstanbul ,Təmsil, Liqa, todaypress.az,