“Qalatasaray" Çempionlar Liqası ilə vidalaşdı
İdman
28.08.2024 01:12
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab
oyunları start götürüb.
TodayPress xəbər verir ki, ilk oyun günü “Qalatasaray” klubu
İstanbulda “Yanq Boyz”u qəbul edib.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar
arasında İsveçrədə keçirilən ilk görüşdə də “Qalatasaray” uduzub 2:3.
Bu nəticədən sonra qitənin ən nüfuzlu futbol turniriylə
vidalaşan "cim-bom" avrokubok macərasını Avropa Liqasında davam etdirəcək.
Namiq HUN
tag: Futbol,Qalatasaray, UEFA,Pley-off,todaypress.az,