"Qalatasaray” baş məşqçisi ilə anlaşdı

İdman

07.06.2024 20:53

2412

Türkiyənin “Qalatasaray” futbol klubu baş məşqçi Okan Burukla müqavilənin müddətini uzadıb.

TodayPress xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Anlaşmaya əsasən, çalışdırıcı İstanbul təmsilçisindən illik 70 milyon Türkiyə lirəsi qazanacaq.

Qeyd edək ki, Okan Buruk iki il əvvəl “Qalatasaray”ın baş məşqçisi təyin edilib və ardıcıl iki mövsüm komandanı çempion edib. “Aslanlar” Okan Burukun rəhbərliyi altında son mövsüm Türkiyə Superliqasının qalibi olub.

 Namiq HUN

tag: Türkiyə, "Qalatasaray", Okan Buruk, Türkiyə Superliqası, todaypress.az,