“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub etdi

İdman

15.03.2025 04:34

2784

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

TodayPress xəbər verir ki, "Qalatasaray" evdə "Antalyaspor"u qəbul edib.

 

Görüşə yaxşı başlayan meydan sahibləri, matçın 30-cu dəqiqəsində Viktor Osimhenin vurduğu qolla hesabı açıb. İlk hissənin sonlarına doğru "sarı-qırmızılılar" daha iki qol vuraraq üstünlüklərini artırıblar.

İkinci hissədə də üstünlüyü əldən verməyən "Qalatasaray", Osimhenin het-trik etdiyi matçda "Antalyaspor"u 4:0 hesabı ilə məğlub etməyi bacarıb.

tag: Türkiyə, Qaltasaray, Futbol,Antalyaspor, todaypress.az,