Qadın şahmatçılarımız heç-heçə etdi - Şahmat Olimpiadası
İdman
14.09.2024 05:47
Azərbaycanın
qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci
Ümumdünya Şahmat Olimpiadasında heç-heçə edib.
TodayPress xəbər verir ki, III Argentina ilə qarşılaşan təmsilçilərimiz
xalları yarı bölüblər - 2:2.
Günay Məmmədzadə
– Kandela Fransisko - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1
Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura - 1:0
Bu nəticənin
ardından yığmamızın xallarının sayı 5-ə çatıb.
Qeyd edək ki,
qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1)
üstün olub. Kişilərdən ibarət komandamız isə İordaniya (3,5:0,5) və Finlandiyanı
(3,5:0,5) məğlub edib.
tag: Şahmat, Macarıstan, Budapeşt, Argentina, Azərbaycan,