Qadın güləşçimiz Kazanda qızıl medal aldı
İdman
19.06.2024 21:10
Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Bildirilib ki, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.
Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.
tag: BRICS,Azərbaycan, Qadın güləşçi, Azərbaycan Güləş Federasiyası, todaypress.az,