Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Azərbaycanın qadın güləşçisi Elnurə
Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa
çempionatında finala yüksəlib.
TodayPress xəbər verir ki, o, italiyalı Mariya
Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək
finala adlayıb.
Təmsilçimiz həlledici mərhələdə rusiyalı Yekaterina
Karpuşkinayla qarşılaşacaq.
Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina
Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün o, sabah
təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.
Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub.
Məmmədova bürünc medal uğrunda Oleksandra Rıbak
(Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.
Birgül Soltanova (62 kq) isə 1/4 finalda fransalı İris
Tibuya 1:3 hesabıyla məğlub olub.
tag: Güləş,Elnurə Məmmədova, Albaniya, Tiranada, U-23, Mariya, todaypress.az,