Qadın güləşçimiz Avropa çempionatında finala yüksəldi
Azərbaycan qadın güləşçisi Günay Qurbanova
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala
yüksəlib.
TodayPress xəbər verir ki, 59 kq çəki dərəcəsində
mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində
inamlı qələbə qazanıb.
17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka
tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və
dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.
Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq)
isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub
olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori
Andrixə “tuş”la uduzub.
tag: Avropa, Qadın Güləşçi, Çempion,Güləş, Albaniya, Tiranda, todaypress.az,