Qadın güləşçilərdən 1 gümüş və 3 bürünc medal

İdman

28.06.2024 21:42

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.

TodayPress xəbər verir ki, Azərbaycanın 4 güləşçisi günü medalla başa vurub.

Finalda yarışan Fatimə Bayramova (53 kq) qızıl medal qazanmaq şansını əldən verib. O, həlledici qarşılaşmada Olesya Malaxovaya (AİN) uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənib.

Milli üzvlərindən Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) yığmamızın hesabına üç bürünc medal yazdırıb.

Nəticədə qadın güləşçilərdən ibarət Azərbaycan yığması Avropa çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub.

Namiq HUN

tag: Qadın güləşçi, Final yarışı, Fatimə Bayramova, Azərbaycan, todaypress.az,