Qadın cüdoçular Qazaxıstana toplaşırlar

İdman

06.05.2025 12:45

7

Azərbaycanın qadınlardan ibarət cüdo komandası mayın 9-11-də Qazaxıstanda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.   

TodayPress xəbər verir ki, Astanada turnirinə üç cüdoçumuz yollanacaq.   

Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) “Böyük Dəbilqə” turnirində 47 ölkənin cüdoçuları ilə birgə mükafatlar uğrunda mübarizə aparacaqlar.   

Namiq HUN

tag: Qadın,Cüdo,Qazaxıstan,Turnir,Todaypress.az,