Qadın cüdoçular İtaliyaya yollanırlar

İdman

09.04.2025 17:05

6

Azərbaycanın qadınlardan ibarət cüdo yığması İtaliyaya yollanır.   

TodayPress xəbər verir ki, aprelin 12-13-də Lignano şəhərində keçiriləcək Avropa kubokunda 7 cüdoçu tatami üzərinə çıxacaq.   

Ölkəmizi yarışda Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədaşova (52 kq), Gülnarə Bayramova, Vüsalə Hacıyeva (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (63 kq) və Pərvanə Abdullayeva (70 kq) təmsil edəcəklər.   

Namiq HUN

tag: Qadın,CÜdoçu,İtaliya,Turnir,Todaypress.az,