Qadın çoxtonluq təyyarəni yerindən tərpətdi
İranlı idmançı Quti Musəvi 18 tonluq təyyarəni yerindən tərpədərək rekord müəyyənləşdirib.
TodayPress “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, güc ekstreminə aid dünya rekorduna imza atmaq üçün bir neçə il məşq edib.
"Əgər əllərimə baxsanız, bu məqsədə çatmaq üçün nə qədər səy göstərdiyimi görəcəksiniz" deyə Musəvi bildirib.
Xatırladaq ki, Təbriz şəhərini təmsil edən Musəvi 2022-ci ildə çoxtonluq yük maşınını da yerindən tərpətməyi bacarıb.
Namiq HUN
tag: İran,Qadın,İdman,Təyyarə,Uğur,Todaypress.az,