Qadın basketbolçuların seriyasının 3 mərhələsi Azərbaycanda keçiriləcək
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının 2025-ci il mövsümünün təqvimi açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan üç mərhələyə ev sahibliyi edəcək.
Bakı şəhəri mayın 26-27-də keçiriləcək 4-cü mərhələyə ev sahibliyi edəcək.
3x3 növünün peşəkarları iyulun 26-27-də 8-ci mərhələ çərçivəsində Sumqayıtda bir araya gələcəklər.
Mövsümün 11-ci turnirini isə avqustun 23-24-də Quba şəhəri qəbul edəcək.
Qeyd edək ki, ümumilikdə Qadın seriyasının 2025-ci il mövsümündə basketbolçular maydan avqusta qədər 12 mərhələdə mübarizə aparacaqlar. Seriyanın qalibinin adına sentyabrda baş tutacaq həlledici final turnirində aydınlıq gələcək.
Namiq HUN
tag: Turnir,Qadın,Basketbol,Oyun,Yığma,Milli,Todaypress.az,