Qaçan “ayı” buz marafonunda rekord qırdı

İdman

25.01.2025 11:00

1543

Norveçin Tromsö şəhərində hər il buz marafonu keçirilir.

TodayPress xəbər verir ki, bu ilki turnir unikal rekordla yadda qalıb. 

Marafonçu Hill Punt ənənəvi buz qaçışında qütb ayısı kostyumunda qaçıb. 54 yaşlı britaniyalı 4 saat 58 dəqiqə 29 saniyə nəticə ilə finiş xəttini keçərək dünya rekordu qırıb. O, kostyumda ən sürətli buz marafonuna görə Ginnesin Rekordlar Kitabına düşüb.

Xeyriyyə məqsədi ilə keçirilən marafonda Böyük Britaniya Xərçəng Araşdırmaları (CRUK) mərkəzi üçün 25,628 dollar toplanıb. 

Nəticədə təşkilat üçün illər ərzində toplanan ümumi məbləğ 2,39 milyon dollara çatıb. 

Marafonçu məqsədinin 1999-cu ildə 56 yaşında vəfat edən atasının xatirəsinə xeyriyyə fondu üçün pul toplamaq olduğunu bildirib:

“Mən atamı gənc yaşda öd yolları xərçəngindən itirdim. Dəhşətli hadisə mənim CRUK üçün pul yığmağımın başlanğıcı oldu. Yəqin ki, Böyük Britaniyada və ya dünyada elə bir ailə yoxdur ki, bu dəhşətli xəstəlikdən əziyyət çəkməsin. Ona görə də mən CRUK-u onların həyati işlərində dəstəkləmək üçün əlimdən gələni etməyə davam edəcəyəm”.

Namiq HUN

tag: İdman,Norveç,Marafon,Rekord,todaypress.az,