Pyaniç Rusiyada oynayacaq

İdman

24.09.2024 23:30

Miralem Pyaniç karyerasını Rusiyada davam etdirəcək.

TodayPress xəbər verir ki, bosniyalı yarımmüdafiəçi ÇSKA ilə razılıq əldə edib.

Tərəflər mövsümün sonuna kimi müqavilə imzalayacaqlar. Razılaşmaya əsasən müddət bir il artırıla bilər. Pyaniç sabah tibbi baxışdan keçəcək.

Qeyd edık ki, 34 yaşlı karyerası ərzində "Roma", "Yuventus", "Barselona", "Beşiktaş" kimi klubların şərəfini qoruyub. Onun çıxış etdiyi son komanda "Şarjah" (BƏƏ) olub.

 

tag: Futbul, İdman, Roma, Rusiya, ÇSKA, Miralem Pyaniç, todaypress.az,