Putellas “Barselona”da tarix yazdı

İdman

18.11.2024 15:15

“Barselona”nın qadınlardan ibarət komandasının futbolçusu Aleksiya Putellas klub tarixinin bombardirləri siyahısında Luis Suaresi geridə qoyub.

TodayPress “Goal”a istinadən xəbər verir ki, yarımmüdafiəçi göstəriciyə “Real Madrid”lə qarşılaşmada nail olub. 

Qollarının sayını 199-a çatdıran təcrübəli futbolçu “Barselona”nın klubunun sabiq uruqvaylı hücumçusu Luis Suaresi (198 qol) geridə qoyub. 

30 yaşlı futbolçu klub tarixinin həm kişi, həm də qadın bombardirləri siyahısında üçüncü yerə yüksəlib.

Xatırladaq ki, Putellas ötən mövsüm 182 qolla İspaniya yığmasındakı komanda yoldaşı Cenni Hermosonu üstələyərək “Barselona”nın qadın komandasında bütün zamanların ən yaxşı bombardiri olmuşdu.

Qeyd edək ki, kataloniyalı yarımmüdafiəçi 2012-ci ildən “Barsa”nın formasını geyinir. O, iki dəfə “Qızıl top”un qalibi olub. 2023-cü ildə isə  İspaniya millisinin heyətində dünya çempionu titulunu qazanıb.

Namiq HUN

tag: Barselona, Cenni Hermos, İspaniya, Qızıl Top, todaypress.az,