Püşkatma mərasiminin ən zəngin siması

İdman

31.08.2024 17:44

Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının yeni mövsümünün püşkatma mərasimində üzərindəki 7 milyon avroluq zinət əşyaları ilə diqqəti cəlb edib. 

TodayPress “The Sun”a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu tədbirə zinət əşyaları ilə birlikdə bahalı kostyumda gəlib.

Ronaldonun üzərindəki zinət əşyalarının qiyməti 6 milyon funt-sterlinqi (təxminən 7,1 milyon avro) keçib. Ən bahalı zinət əşyası içərisində 33 karatlıq brilyant olan pencək sancağı olub. Dekorasiyanın dəyəri 3,8 milyon funt sterlinqdir.

Forvardın taxdığı saat 2,2 milyon funt-sterlinq dəyərində olub. Onun 18 karatlıq ağ qızıldan hazırlanmış sırğalarını isə 6500 funt-sterlinqə almaq olar.

Namiq HUN

tag: Püşkatma ,Ronaldo, Zinət Əşyaları, Forvard,Bahalı,todaypress.az,