Püşk “Qarabağ”ı Avropa nəhəngləri ilə baş-başa qoydu
İdman
30.08.2024 16:13
“Qarabağ” klubunun UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri məlum olub.
TodayPress xəbər verir ki, Ağdam təmsilçisi turnirin əsas raundunda 8 oyun keçirəcək.
Azərbaycan çempionu "Ayaks" (Niderland), "Lion" (Fransa), "Malmö" (İsveç) və FCSB (Rumıniya) komandaları ilə evdə qarşılaşacaq.
Təmsilçimiz səfər oyunlarını isə "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq” (İsveç) klublarına qarşı keçirəcək.
Liqa mərhələsinin oyunları sentyabr ayında start götürəcək. Matçlar gələn ilin yanvarında başa çatacaq.
Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.
Qeyd edək ki, ümumilikdə 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək.
9-24-cü yeri tutan komandalar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər.
25-36-cı yeri tutanlar klublar avrokuboklarda mübarizəni başa vuracaqlar.
Namiq HUN
tag: UEFA,Liqa ,Tottenhem,Qarabağ,Rəqiblər, todaypress.az,