Pulişiç başına iş açdı

İdman

21.11.2024 14:36

1211

Trampın rəqsini təqlid edən futbolçu bəlaya düşüb. 

TodayPress xəbər verir ki, ABŞ millisinin futbolçusu Kristian Pulişiç KONKAKAF Millətlər Liqasının 1/4 finalında Yamayka ilə oyunda vurduğu qolu qeyri-adi şəkildə qeyd edib.

“Milan” klubunun futbolçusunu buna görə tənqid ediblər. O, matçdan sonra jurnalistlərə açıqlamasında bunun gülməli olduğunu düşündüyünü və rəqs hərəkətlərinin siyasi olmadığını bildirib.

ABŞ Futbol Federasiyası 26 yaşlı vingerin rəqsi ilə bağlı şərh verməsə də, oyunun icmalı və vurulan qol ilə bağlı paylaşılan videolardan bu hissəni kəsib. 

Namiq HUN

tag: Tramp, ABŞ, Yamayka, Liqa, Milan, todaypress.az,