PTPA hüquqi araşdırmaya başlayır

İdman

04.10.2024 14:55

Serbiya tennisinin əfsanəsi Novak Cokoviçin yaratdığı Peşəkar Tennis Oyunçuları Assosiasiyası (PTPA) ATP və WTA strukturları daxilində hüquqi baxışa başlamağı planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə “Telegrahph” məlumat yayıb.

Peşəkar Tennis Oyunçuları Assosiasiyası bu işə bir sıra beynəlxalq hüquq firmalarını cəlb edib. 

Bu təhlilin səbəbi peşəkar tennisdə idmançıların xeyli iş yükünün olması müqabilində beynəlxalq idman standartlarına görə mükafatların dəyərinin kiçik olmasıdır.

Bundan əlavə, Assosiasiya Beynəlxalq Tennis Federasiyasının (ITF), həmçinin Yannik Sinnerin mübahisəli dopinq işi və “Böyük Dəbilqə” turnirləri ilə məşğul olan Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) işini araşdırmaq niyyətindədir.

Namiq HUN

tag: PTPA ,Serbiya ,Novak Cokoviç ,Tennis,Peşəkar Tennis Oyunçuları Assosiasiyası ,todaypress.az,