PSV məşhur futbolçunu heyətinə qatdı

İdman

18.09.2024 17:50

Xorvatiyalı futbolçu İvan Perişiç karyerasını Niderlandın PSV klubunda davam etdirəcək.

TodayPress xəbər verir ki, 35 yaşlı yarımmüdaifəçinin müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, İvan Perişiç karyerası ərzində İtaliyada "İnter", Almaniyada "Bavariya", İngiltərədə isə "Tottenhem" klubunun formasını geyinib. Təcrübəli futbolçu son olaraq ölkəsində "Hayduk" klubunun uğurları üçün çalışıb. 

Yarımmüdafiəçi 2018-ci ildə Xorvatiya yığması ilə dünya çempionatında gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. 

Namiq HUN

tag: Xorvatiya ,İvan Perişiç, Niderland, PSV ,Tottenhem ,Bürünc medal ,todaypress.az,