PSJ Xulian Alvaresi istəyir
İdman
03.08.2024 14:04
PSJ "Mançester Siti"yə hücumçu Xulian Alvares üçün rəsmi təklif göndərib.
TodayPress xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar davam edir.
Paris təmsilçisi Alvaresi transfer etməyə yaxındır.
Qeyd edək ki, forvard Paris Olimpiadasında Argentina yığmasının heyətində çıxış edib. Cənubi amerikalılar 1/4 finalda Fransaya uduzub (0:1).
Son mövsüm Xulian Alvares bütün yarışlarda 54 matça çıxıb. O, bu görüşlərdə 19 qol vurub və 13 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Mançester Siti, Xulian Alvares, Paris, Argentina, Amerika, todaypress.az,