PSJ Xavi Simonsu icarəyə verdi

İdman

05.08.2024 14:37

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Xavi Simons yeni mövsümü də icarədə keçirəcək. 

TodayPress xəbər verir ki, Niderland millisinin üzvü 2024/2025 mövsümündə icarə əsasında "Leypsiq"in şərəfini qoruyacaq.

21 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm də icarə əsasında Almaniya təmsilçisində oynayıb. 

Xavi Simons 43 matçda 10 qol vurub və 15 qolun ötürməsini verib.

Namiq HUN

tag: PSJ, Xavi Simons, Niderland, Leypsiq, Almaniya, todaypress.az,