PSJ “Vinisius planı”nın icrasına başladı
İdman
02.11.2024 10:10
PSJ “Real Madrid”ın vingeri Vinisius Junioru almaqda maraqlıdır.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappenin PSJ-dən “Real”a keçidinə görə “kral klubu”ndan qisas almaq istəyir.
Artıq qarşı tərəf bu plandan xəbərdardır. “Real” PSJ-nin aqibətini yaşamamaq üçün əməli addım atmaq niyyətindədir.
Klub rəhbərliyi braziliyalı futbolçu ilə 2027-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması üzərində işləyir.
Namiq HUN
tag: Real Madrid, Vinisius, Paris, PSJ, Braziliya, todaypress.az,