PSJ van Deyklə danışıqlara başladı

İdman

20.03.2025 10:40

2204

PSJ klubu “Liverpul”un niderlandlı mərkəz müdafiəçisi Vircil van Deykə 100 milyon avro məbləğində maaş təklif edib.   

TodayPress xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.   

Paris təmsilçisi artıq van Deyklə danışıqlara başlayıb. PSJ yayda azad agent statusunda olacaq futbolçunu 100 milyon avro maaşla 3 il müddətinə heyətinə qatmağı planlaşdırır.   

Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”da çıxış edir.

Müdafiəçi cari mövsüm Premyer Liqa təmsilçisinin heyətində 41 rəsmi matçda meydana çıxıb.

Onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.   

Namiq HUN

tag: PSJ,Vircil van Deyk,Liverpul,Futbol,Klub,Todaypress.az,