PSJ qapını Safonova tapşırdı

İdman

15.06.2024 12:40

PSJ klubu “Krasnodar”ın qapıçısı Matvey Safonovu heyətinə qatıb. 

TodayPress xəbər verir ki, rusiyalı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Safonovun transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avro təşkil edib. 

Qeyd edək ki, ötən mövsüm qolkiper “Krasnodar”ın heyətində meydana çıxdığı 30 oyunda 11 dəfə qapısını toxunulmaz saxlayıb.

Namiq HUN

tag: PSJ klubu, Safonova, Krasnodar, Müqavilə, todaypress.az,