PSJ “Park de Prens”i satın ala bilmədi
İdman
22.11.2024 12:05
PSJ futbol klubu ev oyunlarını keçirdiyi “Park de Prens” stadionunu tərk edəcək.
TodayPress xəbər verir ki, bu barədə Paris təmsilçisinin sahibi Nasser əl-Xəlaifi məlumat verib.
Qətərli iş adamı arenanın satışı ilə bağlı Paris şəhər bələdiyyəsini razı sala bilmir. O, azarkeş tutumunu artırmaq üçün stadionu satın almaq istəyir.
Nasser əl-Xəlaifi yeni arenanın 3-4 il ərzində hazır olacağını bildirib.
Qeyd edək ki, PSJ 1974-cü ildən ev oyunlarını “Park de Prens” stadionunda keçirir.
Namiq HUN
tag: PSJ, Futbol, Park de Prens, Paris, Nasser əl-Xəlaifi, todaypress.az,