PSJ Osimhen üçün hərəkətə keçdi
İdman
20.07.2024 09:25
PSJ futbol klubu iki hücumçusunu transferə çıxarıb.
TodayPress xəbər verir ki, daha dəqiq Paris klubu ön xətt oyunçuları Qonsalu Ramuş və Randal Kolo Muanini "Çelsi"yə təklif edib.
Fransa çempionu nigeriyalı forvard Viktor Osimheni transfer etmək arzusundadır. Bunun üçün PSJ heyətdə hücumlardan biri ilə yollarını ayırmalıdır. London təmsilçisi hələ bu təklifə münasibət bildirməyib.
Qeyd edək ki, Qonsalu Ramuş ötən mövsümdə 40 oyunda 14, Randal Kolo Muani isə 44 matçda 12 qol vurub.
Namiq HUN
tag: PSJ kLUB, Ramuş, Fransa, Osimhen, todaypress.az,