PSJ-nin son 11 ildə ən uğursuz məşqçisi
İdman
08.10.2024 17:20
PSJ Liqa 1-də yeni mövsümün startındakı yeddi oyundan sonra çətinliklə üzləşib.
TodayPress xəbər verir ki, Paris təmsilçisi Çempionlar Liqasında “Arsenal”a (0:1) uduzaraq mövsümün ilk məğlubiyyətini aldıqdan sonra, Fransa çempionatında “Nitsa” ilə qollu bərabərliyə nail olaraq xal itirib.
Son iki oyun baş məşqçi Luis Enrikenin PSJ-dəki qələbə faizinə mənfi təsir göstərib. Onun baş məşqçi postundakı göstəricisi 64,5%-ə düşüb.
Başqa sözlə, PSJ Karlo Ançelottinin rəhbərliyi altında oynadıqları 2013-cü ildən bəri ən pis göstəricisinə imza atıb (63,6%).
Qeyd edək ki, indiyədək Unai Emeri PSJ-də (76,3%) ən yaxşı qalibiyyət faizinə sahib olub.
Luis Enrike faiz göstəricisində müxtəlif illərdə PSJ-ni çalışdırmış Tomas Tuxel, Loran Blan, Kristof Qaltye və Maurisio Poçettinodan da geri qalır.
Namiq HUN
tag: Arsenal, PSJ, Karlo,Tuxel,Unai Emeri,todaypress.az,