PSJ-nin futbolçusu İngiltərə klubunda çıxış edə bilər
İdman
22.11.2024 01:12
İngiltərənin "Mançester Yunayted"
klubu Fransa təmsilçisi PSJ-dən Randal Kolo Muanini heyətinə qata bilər.
TodayPress xarici KİV-ə istinadən xəbər verir
ki, "qırmızı şeytanlar" hücum xəttindəki boşluğu aradan qaldırmaq
üçün 25 yaşlı forvardı icarə əsasında sıralarına cəlb etməyi düşünür.
Qeyd edək ki, Kolo Muani cari mövsüm PSJ-nin heyətində 12
oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
tag: PSJ,İngiltərə, Mançester Yunayted, Fransa, todaypress.az,