PSJ Mbappeyə pul ödəmək istəmir
İdman
21.09.2024 11:28
“Pari Sen-Jermen” klubu Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro maaşın ödənilməsinə dair qərarından apellyasiya şikayəti verib.
TodayPress xəbər verir ki, daha əvvəl Mbappe bütün tərəflərin iştirakı ilə Hüquq Komitəsində çıxış edib. Yekun qərara əsasən, PSJ-nin 26 yaşlı forvarda 55 milyon avro ödəməli olduğu təsdiq edilib.
Qeyd edək ki, məbləğ ödənilmədiyi halda kluba müəyyən sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalardan biri transfer qadağası ola bilər.
Namiq HUN
tag: Pari Sen-Jermen ,Fransa ,Kilian Mbappe, PSJ ,Transfer ,todaypress.az,