PSJ Mbappeyə 55 milyon avro ödəməyə məcbur edildi
İdman
13.09.2024 05:56
Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə “Le Parisien”
nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il
ərzində ödəməlidir.
Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin
aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi.
Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar
həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edib və
bu yay klubla müqaviləsi başa çatandan sonra “Real Madrid”ə keçib.
tag: Futbol,İdman, Paris klubu, PSJ,todaypress.az,