PSJ Kvaratsxeliya ilə anlaşdı
İdman
14.01.2025 09:27
Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın “Napoli” klubundan PSJ-yə transfer məbləği açıqlanıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçinin transfer qiyməti 75 milyon avro təşkil edəcək.
Paris təmsilçisi Kvaratsxeliya ilə müqaviləni 2029-cu ilə qədər bağlayacaq. Anlaşmanın daha bir mövsüm uzadılması nəzərdə tutulub.
Xviçanın PSJ-də maaşı 9 milyon avro olacaq. O, həmçinin 2 milyon avro bonus da qazanacaq.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən “Napoli”də çıxış edir. O, 2023-cü ildə cənublularla İtaliya çempionu olub. Xviça cari mövsüm meydana çıxdığı 19 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi Gürcüstan millisinin heyətində 40 oyun keçirib, 17 qol vurub və 9 asistə imza atıb.
Namiq HUN
tag: Transfer, Yarımmüdafiə, Transfer, Milyon ,todaypress.az,