PSJ klub tarixində ilkə imza atdı

İdman

09.08.2024 16:23

PSJ futbol klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.

TodayPress xəbər verir ki, klub “Ayntraxt Frankfurt”dan ekvadorlu Vilyan Paçonu rənglərinə qatıb. 

Arxa xətt oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

22 yaşlı müdafiəçi ilk ekvadorlu futbolçu kimi adını PSJ tarixinə yazdırıb.

Qeyd edək ki, Vilyan Paço son mövsüm “Ayntraxt”ın heyətində 44 matça çıxıb. 

Namiq HUN

tag: Ayntraxt Frankfurt,Vilyan Paço,PSJ futbol , PSJ, futbol, todaypress.az,